GÜCLÜ İŞLƏMƏ Kenwood MG450 elektrik ətçəkəni ilə müxtəlif ət yeməklərini hazırlamaq çox asandır. Onun gücü 1400 Vt təşkil edir ki, bu da yüksək məhsuldarlığı təmin edir. Cəmi bir dəqiqədə cihaz 1,5 kq-a qədər əti emal edə bilir. Tez və rahat qiymə və kolbasa hazırlamaq istəyirsinizsə, Kenwood MG450 ideal seçimdir.
REVERS REJİMİ Ətçəkən “Revers” sistemi ilə təchiz olunub. Bu funksiya sayəsində istifadə daha rahat olur və təmizləməyə az vaxt sərf edilir. Lifli ət parçaları şnekdə ilişib qalanda sadəcə əks fırlanmanı işə salmaq kifayətdir.
ETİBARLILIĞI Yüksək məhsuldarlıq və keyfiyyətli materiallar – yaxşı mətbəx cihazının əsas göstəriciləridir. Kenwood MG450 modelinin korpusu və yükləmə altlığı ağ rəngli davamlı plastikdən hazırlanıb. Digər elementləri isə paslanmayan poladdandır.
SADƏ İSTİFADƏ Bu ətçəkəndən istifadə olduqca rahatdır – o, sadəcə bir düymə ilə idarə olunur. Kiçik ölçüləri sayəsində ən dar mətbəxdə belə asanlıqla yerləşir. Kompakt saxlanma üçün iki bölmə nəzərdə tutulub: biri nasadqalar, digəri isə kabel üçün.